Avropa Birliyi (AB) verdiyi sözü dərhal tutsun, yoxsa nəticələrini görəcək. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Lazım gələrsə, Avropa Birliyi üçün də referendum keçirərik. Baxın, İngiltərə çıxdı. Regionda muzdlu əsgər kimi istifadə etdikləri terrorçularla Türkiyəni məğlub edəcəyini düşünənlər səhv etdiklərini yaxında görəcəklər. "Fərat qalxanı" son deyil, ilk əməliyyatımız idi. Terrorun kökünü kəsmək üçün nə qədər lazımdırsa, o qədər əməliyyatlar aparacağıq. Qarşıdakı dönəmdə konkret addımlar atacağıq", - dövlət başçısı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB