Politoloq: “Türkiyədə daha güclü hakimiyyət sistemi olacaq” AÇIQLAMA

Politoloq: “Türkiyədə daha güclü hakimiyyət sistemi olacaq” AÇIQLAMA

"Referendum nəticəsinə əsasən Türkiyə parlamentar üsul idarəsindən prezident üsul idarəsinə keçdi. Prezident üsul idarəsi ilə qardaş ölkədə daha güclü hakimiyyət sistemi olacaq". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Türkiyə yeni idarəçilik sistemi ilə daxili və xarici problemlərini daha asanlıqla həll edəcək: "Qardaş ölkədə 70 ildir istifadə edilən idarəçilik sistemi ümumxalq səsverməsi ilə əvəzləndi. Bundan sonra orada prezident parlament tərəfindən deyil, xümumxalq səsverməsi ilə seçiləcək. Gələcəkdə xalq prezidentliyə namizəd olan bir neçə nəfərdən birini seçməli olacaq. Bu da çox ciddi siyasi etiraflara gətirib çıxara bilər. Prezident seçildikdən sonra hakimyyətin mərkəzləşməsi prosesi başa çatacaq. Buna uyğun olaraq əyalət valiləri, bələdiyyə sistemləri də yeni konstitusiyaya əsasən seçiləcək. Qardaş ölkə kimi, hər zaman Türkiyədə bütün işlərin qaydasında getməsini arzulayırıq və inanıram ki, belə də olacaq".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə