Türkiyə rəsmən açıqladı: Seçicilərin 51.36 faizi konstitusiya dəyişikliyinə müsbət rəy verib
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçirilmiş ümumxalq səsverməsinin nəticələri rəsmən elan olunub. Ali Seçki Komissiyasının sədri Sadi Güvən məlumat verib ki, səsvermədə iştirak edənlərin 51.36 faizi konstitusiya dəyişikliyinə "hə" deyib. Seçicilərin 48.64 faizinin rəyi isə mənfi olub.
Referendum baş tutmuş elan edilib. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB