Son sutka ərzində Aralıq dənizində 4 500-ə yaxın miqrant xilas olunub

Son sutka ərzində Aralıq dənizində 4 500-ə yaxın miqrant xilas olunub

Son sutka ərzində Aralıq dənizində Liviyadan İtaliyaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4 500-ə yaxın miqrant xilas olunub. "RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir. Son sutka ərzində həmçinin rezin qayıqların birində 7 miqrantın meyiti aşkarlanıb.

"Frontex" agentliyinin məlumatına görə, 2017-cı ilin martında Avropaya 11 minə yaxın miqrant daxil olub, fevral ayı ilə müqayisədə artım 20% təşkil edib. İlin əvvəlindən İtaliyaya Aralıq dənizi vasitəsilə 27 min miqrant gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə