İranda prezident seçkilərində rekord 1636 namizəd

İranda prezident seçkilərində iştirak etmək üçün 1636 nəfər qeydiyyatdan keçib. Bunu Seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Əli Əsgər Əhmədi deyib.

"Bunlardan 137 nəfəri qadın, 1499 nəfəri kişidir. Namizədlərdən ən gəncinin 18, ən yaşlısının isə 92 yaşı var", - İSNA agentliyi Əhmədinin sözlərinə istinadla bildirir.

Qeydiyyat aprelin 11-də başlayıb və bu gün axşam başa çatıb. Sabahdan başlayaraq, namizədlərin seçimi mərhələsi start götürəcək. İran Konstitusiyasının Keşikçiləri Şurası 16-20 aprel tarixlərində namizədlərin seçki qanunvericiliyinə uyğunluğunu yoxlayaraq, onların seçimini həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə