Hələbdə dəhşətli partlayış: 70 ölü, 130 yaralı (Yenilənib)

Hələbdə dəhşətli partlayış: 70 ölü, 130 yaralı (Yenilənib)

Suriyanın Hələb şəhərində miqrantları təxliyə edən avtobus kortejinin yaxınlığında partlayış baş verib. Axar.az xəbər verir ki, Rəşidin məhəlləsində həyata keçirilən partlayışın kamikadze hücumu olduğu ehtimal edilir. İlkin məlumata görə, olayda 20 nəfərə yaxın insan həlak olub. Qeyd edək ki, həmin avtobuslarda Fua və Kefraya bölgəsindən olan qaçqınlar təxliyə edilirdi.

Terror aktı ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

***

Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 70-ə, yaralıların sayı isə 130-a çatıb. Axar.az xəbər verir ki, ölənlər arasında xeyli qadın və uşağın da olduğu bildirilib. Qeyd edək ki, partlayışın yanacaqdoldurma məntəqəsi yaxınlığında törədildiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə