ABŞ Yaponiyada Şimali Koreyanın raket zərbələrinə qarşı təlim keçirib.

ABŞ hərbi komandanlığı Yaponiyanın Okinava adasındakı "Kadena" aviabazasında Şimali Koreyanın mümkün raket zərbələrinə qarşı təlim keçirib. Axar.az xəbər verir ki, 12-14 aprel arasında baş tutan təlimlə bağlı ictimaiyyətə yalnız bu gün məlumat verilib.

Qeyd edək ki, ABŞ-la Şimali Koreya arasında münasibətlər kəskinləşib. Vaşinqton artıq Şimali Koreya nüvə probleminin hərbi yolla həll edilməsi variantını istisna etməyib. Üstəlik, Amerika Koreya yarımadası yaxınlığına "Karl Vinson" təyyarədaşıyan gəmisini və raket esminesini yerləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...