Liviyalı general: "Tramp höküməti Liviya böhranı haqqında informasiya toplayır"

Liviyalı general: "Tramp höküməti Liviya böhranı haqqında informasiya toplayır"

ABŞ-ın yeni administrasiyası hələlik Liviya böhranı haqqında informasiya toplayır. Axar.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar söyləyib. O, hələlik ABŞ-ın Liviya ilə bağlı yekun mövqe formalaşdırmadığını söyləyib.

Qeyd edək ki, general Xaftar Çad-Liviya müharibəsi zamanı əsir düşüb. Bundan sonra o, Müəmmər Qəzzafi hakimiyyəti ilə əlaqələrini kəsib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yardımı ilə əsirlikdən qaçan Xaftar sonradan 20 il Amerikada yaşayıb. 2011-ci ildə ərəb baharı zamanı Liviyaya dönüb və Qəzzafiyə qarşı fəaliyyətə başlayıb. 2014-cü ildən sonra Xaftar Rusiya ilə əlaqələrini gücləndirib. O, son 1 il ərzində Moskvaya 3 dəfə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə