Kaliforniyadakı ibtidai məktəbdə baş verən qanlı hadisədə 2 nəfər ölüb (YENİLƏNİB)
ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərində North Park (Şimal Parkı) ibtidai məktəbində naməlum şəxs insanlara atəş açıb. Axar.az xəbər verir ki, xeyli insanın yaralanması ilə nəticələnən hücumun kim tərəfindən törədildiyi bəlli deyil. Məlumata görə, əraziyə gələn həkim briqadaları 4 nəfərə ilkin tibbi müdaxilə edib. Polis cinayətkarın yaxalanması istiqamətində axtarışlara başlayıb. Qeyd edək ki, ABŞ-ın bəzi mətbu orqanları olayı törədən şəxsin intihar etdiyini iddia edir.
***
Baş verən hücumda 2 nəfərin öldüyü bildirilib. Axar.az xəbər verir ki, cinayətkar isə özünə atəş açaraq intihar edib. Əraziyə giriş-çıxış bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB