Somalidə kamikadze partlayış törədib,13 nəfər ölüb

Somalidə kamikadze partlayış törədib,13 nəfər ölüb

Dünən Somalinin paytaxtı Moqadişuda kamikadzenin törətdiyi partlayış nəticəsində 13 nəfər ölüb, 10-u isə yaralanıb. Axar.az xəbər verir ki, Müdafiə Nazirliyinin binası yaxınlığında baş verən olayda Silahlı Qüvvələrin komandanı Məhəmməd Əhməd Camalın kortejinin hədəf alındığı bildirilib.

Camalın səhhətinin normal olduğu qeyd edilsə də, teraktda ölənlərinin sayının artacağı istisna edilməyib. Qeyd edək ki, Əş-Şəbab qruplaşması hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə