Bəşər Əsəd Həsən Ruhani ilə ABŞ-ın hücumundan danışdı

Bəşər Əsəd Həsən Ruhani ilə ABŞ-ın hücumundan danışdı

Suriya Prezidenti Bəşər Əsədlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub. SANA agentliyi xəbər verir ki, danışıq zamanı Suriya lideri ABŞ-ın Şayrat aviabazasına hücumunun məqsədinin terrorçuların əhval-ruhiyyəsini yüksəltmək olduğunu, lakin bunu bacarmadığını bildirib. Digər tərəfdən, Ruhani də Vaşinqtonun bu addımını təcavüzkar mahiyyət daşıdığını vurğulayıb.

O, bu hücumun suveren dövlətin hüquqlarının pozulması kimi dəyərləndirib. İran lideri ölkəsinin terrorla mübarizədə hər zaman Suriyanın yanında olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə