Bununla ciddi mesaj verdiyimizi düşünürəm.Axar.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Şon Spayser ABŞ-ın Suriyaya endirdiyi zərbələr haqda sualları cavablandırarkən deyib. O, ABŞ-ın kimyəvi silahdan istifadə mövzusunda çox həssas olduğunu bildirib:
"ABŞ Prezidenti Donald Tramp Əsəd rejiminin kimyəvi silahdan istifadə edərək İdlibə hücumunu diqqətlə izləyirdi. Sonunda gecə hücum haqda qərar verildi. ABŞ bu mövzuda olduqca həssasdır. Bu hücum sırf Əsəd rejiminə istiqamətlənmişdi. Bununla dəqiq və ciddi mesaj verdiyimizi düşünürəm".
Qeyd edək ki, 7 apreldə ABŞ Suriyanın Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə 14 nəfər ölüb, yaralananlar var. Bazadakı rejimə məxsus bütün təyyarələrin məhv edildiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB