Türkiyə İsveçdə baş verən terroru pislədi

Türkiyə İsveçdə baş verən terroru pislədi

İsveçdə baş verən terror olayını şiddətlə qınayırıq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib. "İsveçin paytaxtı Stokholmda baş verən terror olayında dinc sakinlərin ölməsi xəbərini dərin kədər hissi ilə öyrəndik. Sözügedən mənfur hücumu şiddətlə qınayırıq. Bənzər hücumlara məruz qalan Türkiyə və türk xalqı, İsveç və İsveç xalqının acısını paylaşır", - bəyanatda bildirilib.

Qeyd edək ki, Stokholmda naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində 3 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə