ABŞ: 20-yə yaxın Suriya qırıcısı məhv edilib

ABŞ: 20-yə yaxın Suriya qırıcısı məhv edilib

ABŞ qırıcılarının Xüms şəhərində Şayrat avibazasına endirdiyi hava zərbələri nəticəsində 20-yə yaxın qırıcı məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi məlumat verib. O, ölən və yaralananlarla bağlı informasiyaya malik olmadığını bildirib. Nümayəndə Rusiya Müdafiə Nazirliyininaçıqlamasından fərqli olaraq, ABŞ-ın atdığı bütün raketlərin hədəfləri uğurla məhv etdiyini qeyd edib:

"Əməliyyatda iki gəmi iştirak edib: "Porter" və "Ross". Bu iki gəmi 59 raket atdı. Hər bir raketin hədəfi vurduğuna dair məlumatımız var. Bir neft sahəsini vurduğumuzu bilirik. Digər yerdə havadan müdafiə sistemini məhv etdik". Qeyd edək ki, bundan öncə məhv edilən bazadan fotolar yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə