Açıqlandı: PKK Türkiyə ilə sərhəddə partlayıcı yerləşdirir

Açıqlandı: PKK Türkiyə ilə sərhəddə partlayıcı yerləşdirir

PKK Türkiyə ilə sərhəddə yerləşən Duhok mahalında qazdığı tunellərə partlayıcı yerləşdirir. Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin Sərhəd Mühafizəsi Komandanlığının nümayəndəsi Diler Zebari deyib. "Terrorçular tunelləri qazmağa davam edir. Tunellərin bir qismi bombalardan təmizlənib. PKK bununla bölgədə yaşayan əhalinin həyatını təhlükəyə atır. Biz onların hansı məqsədlə belə etdiyini anlamırıq", - Zebari əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Kürdüstanın Türkiyə ilə sərhəddə yerləşən mahallarında PKK-ya aid 50-dən çox tunel tapılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə