"Adaların işğal edilməsi üçün orduya əmr verdim"

"Adaların işğal edilməsi üçün orduya əmr verdim"

Cənubi Çin dənizindəki adaların hamısının işğal edilməsi üçün orduya əmr verdim. Axar.az xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodriqo Duterte deyib. O, xalqa çağırış edərək mübahisəli adalarda məskunlaşmağa dəvət edib: "Hər kəs oradakı adaları ələ keçirməyə çalışır. Fillipin bayrağını sancmağın zamanı çatdı. Ona görə də, həmin kimsəsiz adalarda məskunlaşsaq daha yaxşı olar. Ən azından bizim olanı gedib alaq və hər kəsə bunu bəyan edək".

Qeyd edək ki, Cənubi Çin dənizində yerləşən mübahisəli Spratli arxipelaqında 9 ada və qayalıq yerləşir. Çin başda olmaqla, Bruney, Vyetnam, Malaziya və Tayvan bu ərazilərə iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə