Rəy sorğusu: Ruslar Medvedyevdən narazıdır

Rusların yalnız 42%-i Dmitri Medvedyevin baş nazir kimi fəaliyyətindən razıdır. Axar.az xəbər verir ki, bu nəticə "Levada Çentr" təşkilatının apardığı sorğudan sonra ortaya çıxıb. Medvedyevin fəaliyyətindən narazı olan ruslar əhalinin 57%-ni təşkil ediblər. Rusların artıq 43%-i (bir ay əvvəl bu göstərici 49% idi – red.) hökumətin fəaliyyətini dəstəkləyir. Qeyd edək ki, keçən ay Medvedyevin baş nazir kimi fəaliyyətindən əhalinin 52%-i razı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...