Beynəlxalq birlik kimyəvi silahlardan istifadə edən Suriya rejiminə qarşı dərhal hərəkətə keçməlidir. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, İsrail hər zaman kimyəvi silahların istifadə edilməsinə qarşıdır: "2013-cü il razılığına əsasən beynəlxalq birlik Suriyanı kimyəvi silahlardan təmizləməlidir".
Qeyd edək ki, dünən Suriyanın İdlib şəhərinə rejim tərəfindən xlor qazı ilə zəngin bombaların atılması nəticəsində azı 100 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB