Böyük Britaniya: Cəbəllütarix heç vaxt İspaniyanın bir hissəsi olmayacaq
Böyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəllütarixin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib. APA-nın verdiyi məlumata görə, bu bəyanat T.Meyin Cəbəllütarixin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.
T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəllütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T.Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Breksit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə Cəbəllütarixin də cəlb olunacağını vəd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB