Ötən ilin aprel döyüşlərindən sonra Xankəndində açılmış xüsusi hesaba daxildəki və xaricdəki sadə ermənilər, müəssisə rəhbərləri, xeyriyyəçilər, din xadimləri və s. pul toplamağa başlayıb. Martın 28-i üçün verilən məlumata görə, 1 il ərzində fonda 5 mlrd. 537 mln. 648 min 714 dram (11 mln. 1300 dollar) vəsait yığılıb. Moderator.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, Aprel savaşında infrastrukturun dağıdılması nəticəsində separatçı rejimə 20 mln. dram (təxm 40 min dollar) məbləğində ziyan dəyib. Göründüyü kimi, Dağlıq Qarabağ separatçılarına yardım üçün açılmış hesaba yığılmış vəsait vurulmuş ziyanın dəyərindən yüz dəfələrlə çoxdur. .
Hesaba 100 min dollardan çox vəsait köçürən müəssisə və sahibkarların adı mediaya açıqlanıb. Onlar arasında ən çox pul yatıran "Qazprom Armeniya"dır- 555 mln. dram(təxm. 1mln. 100 min dollar). Fonda birbaşa dollarla vəsait köçürənlər arasında isə aşağıdakı adlar çəkilir: Ermənistanın İnkişafı Təşəbbüsü Xeyriyyə Fondu - 1 mln. dollar, "Taşir" Xeyriyyə Fondu - 500 min dollar, Müqəddəs Eçmiədzin Kilsəsi - 500 min dollar, Bütün ermənilərin katolokosu - 500 min dollar, Tehranın erməni icması – 303500 dollar.
Göründüyü kimi, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə görüşlərində sülhdən dəm vuran Bütün ermənilərin katolikosu II Qaregin işğalçı orduya şəxsən yardım etməklə torpaqlarımızın işğalının əsas təşəbbüskarlarından biri olduğunu bir daha təsdiqləyir. Eyni fikri Eçmiədzin kilsəsi haqqında da demək olar. Şeyximiz yəqin ki, erməni din xadimləri ilə növbəti təmasında bu faktı nəzərə alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB