Rusiya: "Pentaqonun cəfəng açıqlamaları..."

Rusiya: "Pentaqonun cəfəng açıqlamaları..."

ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İŞİD-in Mosulda törətdiyi müharibə cinayətlərini gizlətməsi və mülki vətəndaşların yaşadığı binaları hədəf alması qarşısında çaşqın qalmışıq. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov deyib.

"Terrorçuların müharibə cinayətlərini məxfilik pərdəsi altında saxlayan ABŞ komandanlığı hansı motivlərlə hərəkət edir? Bu dəlillərə malik olan koalisiya ağıllı bombalar ilə mülki vətəndaşların yerləşdiyi binalara hava hücumu təşkil edir və onları dəhşətli şəkildə ölümə məhkum edir? Pentaqonun cəfəng açıqlamaları əməliyyatın təşkilinin səviyyəsini göstərir", - Konaşenkov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə