BMT: "Biz Venesuela Ali Məhkəməsini öz qərarına yenidən baxmağa səsləyirik”

BMT: "Biz Venesuela Ali Məhkəməsini öz qərarına yenidən baxmağa səsləyirik”

Venesuela Ali Məhkəməsi parlamentin səlahiyyətlərinin əlindən alması qərarına yenidən baxmalıdır. Bunu jurnalistlərə açıqlamasında BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad əl-Hüseyn söyləyib. "Hakimiyyət bölgüsü demokratiyanın ayrılmaz parçasıdır. Biz Venesuela Ali Məhkəməsini öz qərarına yenidən baxmağa səsləyirik", – deyə o bildirib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi bir müddət əvvəl parlamentin səlahiyyətlərini əlindən alaraq prezident Nikolas Maduroya verib. Parlament bu addımı dövlət çevrilişi adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə