Çexiyanın İsveçrə və Lixtenşteyndəki səfiri Karel Boruvka heç bir səbəb göstərilmədən XİN tərəfindən geri çağırılıb. SİA TASS-a istinadən xəbər verir ki, diplomat özü geri çağrılmasını həyat yoldaşının sosial şəbəkələrdəki fəallığı ilə əlaqələnirib: "Xarici İşlər Nazirliyi məni həyat yoldaşımın sosial şəbəkələrdə fəal olmasına görə cəzalandırıb. Hesab edirəm ki, bu, tamamilə ağlasığmaz bir haldır. Belə bir halın Çexiya diplomatiya tarixində daha əvvəl baş verdiyini xatırlamıram. Söhbət mənim həyat yoldaşımın hüquqlarından gedir, o, XİN-in əməkdaşı deyil.
Aprel ayının sonunda Berni tərk etməli olan Karel Boruvka, XİN rəhbərliyinin hər zaman onun işindən razı qaldığını da əlavə edib.
Qeyd edək ki, diplomatın həyat yoldaşı Alena Boruvkova öz "Twitter" səhifəsində aparıcı Çex siyasətçilərinin fəaliyyəti barədə tənqidi fikirlər yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB