NATO-nun Baş katibi: "Türkiyənin buna haqqı var"

NATO-nun Baş katibi: "Türkiyənin buna haqqı var"

Türkiyənin hökumətinin çevriliş cəhdinin arxasında dayananları cəzalandırmaq haqqı var. Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Brüssel toplantısında çıxışı zamanı deyib. O bildirib ki, rəsmi Ankara bu proseduru hüquq çərçivəsində həyata keçirməlidir:

"Suriya və İraq böhranlarından ən çox əziyyət çəkən ölkənin Türkiyə olduğunu anlamalıyıq. Türkiyə bir neçə dəfə terror hücumlarına məruz qalıb. Bu ölkədə çevriliş cəhdi oldu. Deputatlar içəridə olan zaman parlament bombalandı. Əlbəttə Türkiyənin özünü müdafiə etmək və cinayətkarları cəzalandırmaq haqqı var. Lakin bütün proseslər hüquqi müstəvidə həll edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə