Marixuanadan istifadə etmək olar
Argentina senatı bunu da etdi

Argentina senatı (parlamentin yuxarı palatası) martın 29-u marixuananın tibbi məqsədlərlə istifadəsinə icazə verən qanun lahiyəsinin lehinə səs verib. TASS-ın verdiyi məlumata görə, təşəbbüsü iclasda iştirak edən bütün 58 senator dəstəkləyib.

İmzalanması üçün prezidentə göndərilən qanun, epilepsiya, xroniki xəstəlikləri, fibromialgiya və bir sıra digər xəstəliklərin müalicəsi üçün çətənə yağının ölkəyə gətirilməsinə və istifadəsinə icazə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə