İŞİD-in “səhiyyə naziri” Mosulda öldürülüb

İŞİD-in “səhiyyə naziri” Mosulda öldürülüb

İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, "İŞİD-in "səhiyyə naziri" hesab edilən Saydulla Şuaib Mosul şəhərində yaxınlığında məhv edilib.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə