Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Qalatasaray" futbol klubunda baş verən son proseslərlə bağlı "Habertürk"ə açıqlama verib. Axar.az xəbər verir ki, Ərdoğan FETÖ ilə əlaqələ adı hallanan futbolçular - Hakan Şükür və Arif Ərdəmin ölkədən qaçdığını bildirib. "Bu şəxslər ölkədən qaçıblar. Niyə qaçıblar? Demək ki, FETÖ ilə əlaqələri var. Bundan gözəl fakt ola bilərmi? Günahsızsansa, qaçma", - dövlət başçısı bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu FETÖ ilə əlaqədə şübhəli bilinən keçmiş futbolçuları Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılması barədə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB