Tramp Merkeldən 375 milyard dollarlıq borcu istədi

Tramp Merkeldən 375 milyard dollarlıq borcu istədi

ABŞ Prezidenti Donald Tramp Angela Merkelə Ağ Evdə bu yaxınlardakı görüşü zamanı Almaniya kanslerinə 375 milyard dollar məbləğində hesabat təqdim edib. Trend-in verdiyi məlumata görə, bu, NATO-nun Almaniyanın müdafiəsinə xərclədiyi vəsaitə dair Berlinin NATO qarşısındakı borcudur. Almaniya hökumətindəki mənbə borc tələbinin olduğu faktını təsdiq edib, lakin bunun "qəbuledilməz" olduğunu bildirib.

Məlumata görə, Merkelin Vaşinqtona səfərləri zamanı amerikalı lider sənədi şəxsən ona təqdim edib. "Bu cür tələblər niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və bu təxribata cavab verməyəcək", - adı açıqlanmayan alman naziri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə