Bişkekdə xüsusi təyinatlı qüvvələr hazırda Milli Təhlükəsizlik Komitəsinin binasında saxlanılan deputat Sadır Japarovun tərəfdarlarının mitinqini dağıdıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan polisi yayıb. Polis mitinqin dağıdılması zamanı bir neçə nəfər müxalifətçinin həbs edildiyini bildirib.
Qeyd edək ki, Japarov martın 25-də Qazaxıstandan ölkəsinə qayıdarkən həbs edilib. Japarovun Qırğızıstana gəlməsinə səbəb onun prezident seçkisində iştirak etmək istəməsi olub. Eks-deputat son illər Kiprdə yaşayıb. 2013-cü ildə o, hakimiyyətin zorla ələ keçirilməsinə görə məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB