Ukraynada hərbi vertolyot qəzaya uğrayıb: 5 nəfər ölüb

Ukraynada hərbi vertolyot qəzaya uğrayıb: 5 nəfər ölüb

Ukraynanın Donbas bölgəsində "Mi-2" vertolyotu qəzaya uğrayıb. RİA Novosti agentliyinin məlumatına görə, hadisə vertolyotun elektrik xətti ilə toqquşması nəticəsində baş verib. Qəza yerinə mütəxəssislər cəlb edilib. "Mi-2" vertolyotunun qəzaya uğraması nəticəsində 3-ü ekipaj üzvü, 2-si sərnişin olmaqla 5 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə