Londonda terror törədən şəxs “Əl Mücahid”in tərkiində döyüşüb

Londonda terror törədən şəxs “Əl Mücahid”in tərkiində döyüşüb

Londonda martın 22-də terror hücumu törədən Xalid Məsud 1992-95-ci illərdə Bosniya münaqişəsi dövründə qəddarlığı ilə tanınmış "Əl Mücahid" radikal dini qruplaşmanın tərkibində döyüşüb. APA-nın məlumatına görə, bu barədə Serbiyanın "Blic" nəşri məlumat yayıb.

Məlumata görə, X.Məsud 1993-cü ilin mayın 1-də könüllü Bosniyaya gedərək, Bosniya və Herseqovina ordusunun 3-cü korpusunun tərkibində döyüşən ərəb silahlılarından ibarət "Əl Mücahid" dəstəsinə qoşulub. X.Məsud 1995-ci ilin dekabrın 25-də Bosniyadan Britaniyaya qayıdıb

Bütün xəbərlər Facebook səhifəmizdə