Liberman Suriyanı hədələdi: "İcazə verməyəcəyik"

Liberman Suriyanı hədələdi: "İcazə verməyəcəyik"

Suriya İsrail təyyarələrinə təhlükə yaratmağa davam edərsə, bu ölkənin havadan müdafiə batareyaları məhv ediləcək. Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Nazir onu da vurğulayıb ki, İsrail heç vaxt Suriyadan Hizbullaha silah daşınmasına icazə verməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusu İsrailə məxsus hərbi təyyarənin vurulduğunu açıqlamışdı. Lakin İsrail hərbi dairələri bu xəbəri təkzib etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə