Almaniya Trampa cavab verdi: "NATO-ya borcumuz yoxdur"

Almaniya Trampa cavab verdi: "NATO-ya borcumuz yoxdur"

NATO-ya borcumuz yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Almaniya Müdafiə naziri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampa cavab olaraq deyib. "Müdafiə xərclərini BMT-nin və Avropanın sülh missiyalarına, həmçinin İŞİD-lə mübarizəyə də ayırırıq", - nazir əlavə edib.

Qeyd edək ki, Tramp Almaniya kansleri Angela Merkellə görüşündən sonra Tvitterdəki paylaşımında Almaniyanın müdafiə xərcləri ilə bağlı ABŞ-a və NATO-ya olan borcunun ödənilməsinin vacibliyini vurğulamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə