Kadırov: "Avropada dinlərə qarşı gizli savaş elan edilib"

Kadırov: "Avropada dinlərə qarşı gizli savaş elan edilib"

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Avropa Ədalət Məhkəməsinin hicab qadağasına münasibət bildirib. Axar.az xəbər verir ki, Kadırov AB-nin dinlərə qarşı gizli savaş elan etdiyini söyləyib.

"Dinlərə qarşı elan edilmiş gizli bir savaş var. Onların düşüncəsinə görə, bu məhdudiyyət gəncləri mərhələli olaraq dini yaşayışdan uzaqlaşdıracaq. Avropadakı müsəlmanların dini hüquqlarına qarşı bu məhdudlaşdırmaya qətiyyətlə yox deyəcəyindən əminəm", - Kadırov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə