“Lester”in qapıçısı Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

“Lester”in qapıçısı Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib. UEFA-nın saytında yer alan xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Lester"in qapıçısı Kasper Şmeyxel ən yaxşı futbolçu seçilib. O, səslərin 36 faizini toplayıb. Yan Oblak ("Atletiko" Madrid) 31 faizlə 2-ci, Kulian Mbappe ("Monako") 18 faiz səslə 3-cü olub.

Qeyd edək ki, danimarkalı qolkiper Çempionlar Liqasının 1/8 finalında "Sevilya" ilə hər iki matçda penaltini dəf edərək komandasının mərhələ adlamasında böyük pay sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə