Şimali Koreya: Kim Çen Namı ABŞ-la Cənubi Koreya öldürüb

Şimali Koreya: Kim Çen Namı ABŞ-la Cənubi Koreya öldürüb

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər. APA-nın verdiyi xəbərə görə, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən "VX Nerve Agent" adlı maddə olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə