Ərdoğan: "Merkel, sən terrorçulara dəstək verirsən"

Ərdoğan: "Merkel, sən terrorçulara dəstək verirsən"

"Hörmətli Merkel, sən terrorçulara dəstək verirsən." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib. "Əlində 4500 sənəd var. Sən o sənədlərin hesabını verə bilmirsən. Almaniyanın kansleri də bunlara dəstək verir. Təəssüflər olsun", - Ərdoğan bildirib.

Qeyd edək ki, Merkelin mətbuat katibi Peter Altmayer Hollandiya hökumətinin türk nazirlərlə bağlı qərarını haqlı sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə