Almaniyada 660 aviareys təxirə salındı

Almaniyada 660 aviareys təxirə salındı

Almaniyanın paytaxtı Berlində yerləşən "Tegel" və "Şonofeld" hava limanlarının işçiləri bu gün tətil edərək əmək haqqlarının artırılmasını tələb ediblər. "Qafqazinfo"nun "Milliyet"ə istinadən verdiyi məlumata görə, tətil martın 15-i saat 5:00-a qədər davam edəcək. Qeyd olunur ki, "Tegel"də 465, "Şonofeld"də 195 aviareys təxirə salınıb. 25 uçuş isə "Lepiziq" və "Drezden" hava limanlarına yönləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə