Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya Niderland tərəfindən "arzuolunmaz şəxs " elan edildiyinə görə, digər Avropa İttifaqı ölkələrinə də daxil ola bilməyəcək. SİA "cnnturk"ə istinadən xəbər verir ki, o, yenidən Niderlanda səfər edəcəyi halda altı ay həbs cəzasına məhkum ediləcək. Niderland bu günə qədər ölkədə qanuni olaraq qalma hüququ olmayan və təhlükəsizliyi təhdid edən əcnəbiləri "arzuolunmaz şəxs" elan edib. Deportasiya edilən şəxslərə Niderlanda və digər şengen ölkələrinə 10 il ərzində giriş qadağan edilir. Bəziləri üçün bu müddət on ildən artıq da tətbiq edilir.
Niderland təhlükəsizlik və ədliyyə nazirinin bu cür şəxsləri bağışlayıb "arzuolunmaz şəxs" siyahısından çıxarma səlahiyyəti var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB