İraqlı general: Mosulun üçdə biri azad edilib

İraqlı general: Mosulun üçdə biri azad edilib

Qərbi Mosulun təxminən üçdə biri ordu qüvvələrinin nəzarəti altındadır. Axar.az xəbər verir ki, bu sözləri iraqlı general Maan Saadi Fransa mətbuatına açıqlamasında deyib. Qeyd edək ki, Mosul əməliyyatı ötən ilin oktyabrından başladılıb.

Öncə şəhərin şərq ərazilərini İŞİD-dən geri alan İraq ordusu fevraldan etibarən qərb hissəsi üçün hücumlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə