Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Niderland hökumətinin onun təyyarəsinin enişinə icazəni ləğv etməsini "yolverilməz qalmaqal" adlandıraraq, cavab addımlarının atılacağını vəd edib. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbəri Ankara aeroportuna qayıtdıqdan sonra bildirib. "Onlar icazəni guya təhlükəsizlik baxımından ləğv ediblər. Yəni nazir terrorçudur? Biz onlara layiq olduqları cavabı verəcəyik" – deyə Çavuşoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB