XİN başçıları Vaşinqtona toplaşır İŞİD-ə görə

XİN başçıları Vaşinqtona toplaşır İŞİD-ə görə

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya daxil olan ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmiləri martın 22-də Vaşinqtonda bir araya gələcəklər. Anadolu Agentliyi xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında məlumat verilib.

Açıqlamada bildirilir ki, ABŞ dövlət katibi Reks Tillerson beynəlxalq koalisiyaya daxil olan ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmilərini Vaşinqtonda qəbul edəcək. Bu toplantı koalisiyaya üzv olan dövlətlərin nümayəndələrinin 2014-cü ilin dekabrından bəri qatılacağı ilk iclas olacaq. Beynəlxalq koalisiyaya 68 ölkə daxildir.

İclasda Suriya və İraqda hərbi, iqtisadi məsələlərlə yanaşı, azad edilmiş ərazilərə nəzarətin həyata keçirilməsi də müzakirə olunacaq.

Rusiya bu koalisiyanın üzvü olmadığı üçün iclasda iştirak etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə