Dağıstanın Qızılyurd şəhərində polis əməkdaşı kafedə 3 həmkarına odlu silahdan atəş açıb. RİA Novosti-nin yaydığı xəbərdə deyilir ki, hadisə dünən Novolakskomu rayonunda baş verib. "Kafelərdən birində yaranan mübahisə nəticəsində bir polis əməkdaşı 3 həmkarına atəş açıb. Hadisə nəticəsində ağır yaralan hər 3 polis xəstəxanaya çatdırılıb", - deyə məlumatda bildirib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB