İsrail hökuməti “azan qadağası”nı rəsmiləşdirdi

İsrail hökuməti “azan qadağası”nı rəsmiləşdirdi

İsrail hökuməti məsçidlərdə səsgücləndirici ilə azan oxunmasının qadağan edilməsi haqda hazırlanmış qanun layihəsini təsdiq edib. Axar.az xəbər verir ki, "azan qadağası" kimi tanınan və İsrail qanunvericilik komissiyasından keçən layihə səsvermə üçün İsrail parlamentinə təqdim olunub. Parlament sözügedən qanun layihəsinin təsdiq olunduğunu bu gün rəsmən açıqlayıb.

Qeyd edək ki, səsgücləndirici ilə oxunan azan səsinin həddindən artıq səy-küyə səbəb olması iddiası ilə bağlı hazırlanmış layihəyə fələstinlilər və islam dünyası sərt reaksiya göstərirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə