Malayziya hökuməti Şimali Koreyanın 37 vətəndaşını həbs edib

Malayziya hökuməti Şimali Koreyanın 37 vətəndaşını həbs edib

NHK telekanalının Malayziyanın "New Straits Times" qəzetinə istinadla yaydığı məlumata görə, Şimali Koreyanın 37 vətəndaşı Borneoda Malayziya hökuməti tərəfindən saxlanılıb. Qəzetin hökumətdəki mənbələrə istinadla yaydığı məlumatda bildirilir ki, Malayziyanın İmmiqrasiya İdarəsinin apardığı yoxlama zamanı Borneoda qeyri-leqal yaşayan və tikinti işlərində çalışan 37 nəfər Şimali Koreya vətəndaşı saxlanılıb.

İki ölkə arasında münasibətlər fevralın 13-də Kuala-Lumpurun beynəlxalq hava limanında Şimali Koreya vətəndaşı Kim Çan Namın qətlindən sonra gərginləşib. Cənubi Koreya rəsmi Pxenyanı bu qətlin təşkilində günahlandırıb. Malayziya hökuməti hadisədə bir neçə Şimali Koreya vətəndaşını təqsirli bilərək bir diplomatın və "Air Koryo" aviaşirkətinin əməkdaşının həbsi barədə order verib.

Bu arada Şimali Koreyanın Malayziyadakı səfiri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılıb. Hadisədə iştirakını inkar edən Şimali Koreya Malayziyanı Cənubi Koreya ilə iş birliyində təqsirləndirir. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə