Poroşenkonun müşaviri: Donbas konflikti hələ 2 il davam edəcək

Poroşenkonun müşaviri: Donbas konflikti hələ 2 il davam edəcək

Donbas konflikti hələ 1.5-2 il davam edəcək. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenkonun müşaviri Yuri Biryukov Online.ua-ya açıqlamasında deyib.

"Mən heç bir məlumata malik deyiləm. Lakin hislərimə güvənib deyə bilərəm ki, bu münaqişə hələ ilyarım, yaxud iki il davam edəcək. Konfliktin həlli ilə bağlı Ukraynanın hərbi variantı yoxdur. Həmçinin separatçılarda da durum eynidir. Donetsk, Luqansk sərhədinə kimi gəlmək? Xarkov Xalq Respublikası? Aha, elə indi! Orada, ümumiyyətlə, variant yoxdur", - Biryukov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə