Ukraynalı siyasətçi: ABŞ daxili işlərimizə qarışır

Ukraynalı siyasətçi: ABŞ daxili işlərimizə qarışır

"ABŞ ölkəmizin daxili işlərinə qarışmamalıdır." Bu sözləri Ukraynanın ultrasağçı Radikal Partiyasının lideri Oleq Lyaşko Feysbuk səhifəsində yazıb. O, ABŞ səfirliyinin Ukraynada korrupsiya ilə mübarizə üçün məhkəmənin yaradılması ilə bağlı təklifini ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirib: "Özünə hörməti olan heç bir dövlət belə bir təklifin həyata keçməsinə icazə verməz. Ukrayna iqtidarı bu təklifə boyun əyərsə ukraynalıları aşağılayar".

Bütün xəbərlər Facebook səhifəmizdə