Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nasist bənzətməsi fikrinə münasibətini bildirib. Axar.az xəbər verir ki, Merkel Ərdoğanın nasist açıqlamasına təəssüfləndiyini söyləyib. "Bu çox ciddi bir məsələdir, şəxsən çox təəssüflənirəm. Bunu nasist dövrü ilə müqayisə etmək milli sosializmin törətdiyi cinayətlərin yaratdığı acını zərərsizləşdirir. Buna görə də bu bəyanatlar etibarsızdır. Belə yersiz açıqlamaları ciddiyə alıb, şərh vermək əbəsdir", - Merkel qeyd edib.
Xatırladaq ki, Ərdoğan bu ölkədə türk nazirlərin çıxışına icazə verilmədiyi üçün Almaniyadakı rejimi nasistlərlə eyniləşdirmişdi. Merkelin sözçüsü isə az öncə verdiyi açıqlamada Ərdoğanın nasist müqayisəsini rədd etdiklərini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB