"Quran" oxumağa qadağa

" "Quran" da "Mənim mübarizəm" kimi, Hollandiyada qadağan edilməlidir". SİA-nın məlumatına görə, bu fikirləri anti-islam siyasətçi Qeert Vilders EURONEWS-a açıqlamasında deyib.

Siyasətçi "Quran"ın qadağan edilməsinin suriyalı miqrantların Hollandiyaya gəlməsinin qarşısını ala biləcəyini deyib: "Necə ki "Mənim mübarizəm" kitabı (Adolf Hitlerin həbsdə olarkən yazdığı kitab) Hollandiyada qadağandır, "Quran"ın da tamamilə qadağan edilməsini istəyərdim. Bu, qismən ədalətsiz siyasət kimi görünsə belə, təsirləri çox möhtəşəm ola bilər. Əgər bir ölkə miqrantlara qarşı qatı mövqedə durursa, miqrantlar da digər ölkələrə yönələr".

Bütün xəbərlər Facebook səhifəmizdə