Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə əlaqə saxlayıb

Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə əlaqə saxlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı baş tutub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı dünən axşam saatlarında Almaniya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.

Qeyd edək ki, bundan əvvəl Almaniya tərəfinin təşəbbüsü ilə nazirlər arasında martın 4-də telefon danışığı baş tutmuşdu. Danışıq zamanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvindən sonra iki ölkə arasında yaranmış gərginlik müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə